"Türkiyə son 5 ildə 37 min terrorçu zərərsizləşdirib" - Hulusi Akar
Türkiyə ordusu 24 iyul 2015-ci ildən bu yana ölkə daxilində, İraqın şimalında və Suriyada ümumilikdə 37 min terrorçunu zərərsizləşdirib. SİA TRT-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar məlumat verib.
O, bu ilin əvvəlindən 4 minə yaxın, "Pəncə Qılınc" əməliyyatında isə 364 terrorçunun zərərsizləşdirildiyini qeyd edib.
"Türkiyə Silahlı Qüvvələri ölkəmizin və millətimizin təhlükəsizliyi üçün lazım olan bütün tədbirləri lazımi yerdə və zamanda görüb və görəcək", - deyə Akar bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB