Putinlə görüşdən imtinanın səbəbi açıqlanıb

Putinlə görüşdən imtinanın səbəbi açıqlanıb

Hindistanın baş naziri Narendra Modi Ukraynaya görə Rusiya prezidenti Vladimir Putinlə görüşdən imtina edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Amerikanın “Bloomberg” nəşri Hindistan hökumətinin yüksək rütbəli rəsmisinə istinadən yazıb.

Belə ki, Putinin Ukraynadakı müharibədə nüvə silahından istifadə edəcəyi ilə bağlı təhdidindən sonra Modinin rusiyalı həmkarı ilə illik görüşdən imtina etdiyini bildirib.

“Bloomberg”in həmsöhbəti vurğulayıb ki, Moskva ilə Dehli arasında münasibətlər güclü olaraq qalır, lakin hazırda “tərəfdar dostluq” Hindistan üçün sərfəli olmaya bilər.

Qeyd olunur ki, bu, Rusiya-Hindistanın strateji tərəfdaşlıq statusu aldığı 2000-ci ildən sonra ləğv edilmiş ikinci görüş olacaq. Ölkə liderləri sonuncu dəfə 2020-ci ildə koronavirus pandemiyası səbəbindən görüşə bilməyiblər.

Maraqlıdır ki, Kreml Modi-Putin görüşünün ilin sonuna qədər baş tutmayacağını da bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə