Rusiyada xarici agentlərin sayı artır

Rusiyada xarici agentlərin sayı artır

Rusiya Federasiyasının Ədliyyə Nazirliyi “The Bell”i xarici agent kimi tanıyıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə idarənin saytındakı materiallarda deyilir.

Siyahıya həmçinin “Nə? Harada? Nə vaxt?"-ın oyunçusu Rövşən Əsgərov, jurnalist Mixail Fişman, filosof Ruben Apresyan, ictimai xadim Rostislav Murzaqulov və Arxangelskdən 42 saylı Ekoloji Hərəkat da daxil edilib.

Beləliklə Ədliyyə Nazirliyinin siyahısına 499 nəfər, KİV və təşkilat daxil edilib.

Aprel ayında Ədliyyə Nazirliyi “The Bell” qəzetinin təsisçisi Yelizaveta Osetinskaya və onun baş redaktoru İrina Malkova, habelə publisist Yevgeni Ponasenkovu media-xarici agentlərin reyestrinə daxil edib.

Bundan əvvəl Ədliyyə Nazirliyi əvvəllər xarici agent elan edilmiş bütün fiziki və hüquqi şəxslərin daxil olduğu xarici agentlərin vahid reyestrini təqdim edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə