Aİ Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiqləyib

Avropa İttifaqı Xorvatiyanın Şengen zonasına daxil olmasını rəsmən təsdiqləyib.
SİA-nın əldə etdiyi məlumata görə, Çexiyanın daxili işlər naziri Vit Rakusan və Aİ Komissiyasının daxili məsələlər üzrə rəsmisi Ylva Yohansson Aİ daxili işlər nazirlərinin görüşü davam edərkən jurnalistlərə açıqlama verib.
Rakusan bildirib ki, nazirlər Xorvatiyanın Şengen zonasına daxil olmasını rəsmən təsdiqləyiblər.
Rumıniya və Bolqarıstanın Şengen zonasına qəbul edilməməsi məsələsinə toxunan Rakusan deyib:“Düşünürəm ki, Rumıniya və Bolqarıstan da Şengen üzvü olmağa hazırdır”.
Sığınacaq müraciətlərinin əhəmiyyətli dərəcədə artdığı Avstriya, Bolqarıstan və Rumıniya ölkəyə gələnlərin qeyri-qanuni miqrasiyanı artıracağından narahatdırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə