Zelenski və Sunak sülh formulunu müzakirə ediblər

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Rişi Sunakla telefon danışığında sülh formulasının həyata keçirilməsi, müdafiə və enerji sektorlarında əməkdaşlığı müzakirə edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Volodimir Zelenski tviter səhifəsində məlumat yayıb.

“Mən Böyük Britaniyanın Baş naziri Rişi Sunak ilə müntəzəm dialoq aparıram. Bu gün biz sülh formulasının həyata keçirilməsi, Ukraynanın müdafiə qabiliyyəti və enerji sabitliyi üzrə əməkdaşlığı müzakirə etdik”, - deyə Zelenski bildirib.

Həmçinin dövlət başçısının sözlərinə görə, söhbət zamanı G7-nin onlayn sammiti öncəsi mövqelər sinxronlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə