Putin Rusiya neftinin qiymətlərinə tavan tətbiqi haqqında

Rusiya neftinin Aİ ölkələri tərəfindən təklif olunan tavan qiymətləri onsuz da Rusiya Federasiyasının onu satdığı qiymətlərə uyğundur, heç bir halda itkilərimiz olmayacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu açıqlama ilə Rusiya prezidenti Vladimir Putin çıxış edib.

“Təklif olunan tavan nefti bu gün satdığımız qiymətlərə uyğundur. Bu mənada bu qərarın bizə heç bir təsiri yoxdur. Düzünü desəm, bizim üçün fərqi yoxdur. Narahat olmayın, heç bir halda itkilərimiz olmayacaq”.

Qeyd edək ki, Putin bunu Qırğızıstanda Ali Avrasiya İqtisadi Şurasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

Rusiya Federasiyası Prezidentinin sözlərinə görə, “hər şey qiymət tavanında göstərilən rəqəmlərə qədər qaynayır”. Eyni zamanda Putin qeyd edib ki, zərurət yaranarsa, Moskva “neft hasilatını azaltmaq barədə də düşünəcək”.

Dövlət başçısı həmçinin yaxın günlərdə Rusiya yanacağının qiymətinin yuxarı həddinin tətbiqinə reaksiya ilə bağlı fərman verəcəyini də vəd edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə