Rusiya neft qiymətinin tavanına Putinin fərmanı ilə cavab verəcək

Qərb ölkələrinin Rusiya neftinə tətbiq etdiyi qiymət tavanına Rusiyanın cavabı hazırlanır və bu, prezident Vladimir Putinin fərmanı şəklində rəsmiləşdiriləcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə energetika naziri Nikolay Şulqinov məlumat verib

Prezidentin sərəncamı şəklində sənəd hazırlanır, deyən Şulqinov, Sərbəst buraxıldıqdan sonra hansı qərarın verildiyini dərc edəcəyik –deyə əlavə verib.

Şulqinovun sözlərinə görə, müzakirələr hökumətdə aparılır, sonra variantlar prezident administrasiyasına göndəriləcək.

Qeyd edək ki, G7 ölkələri, Avstraliya və Avropa İttifaqı Rusiya neftinin qiymət tavanını bir barel üçün 60 dollar müəyyən edib, bununla bağlı qərar dekabrın 5-dən qüvvəyə minib. Rusiya dəfələrlə məhdudiyyətlərə qoşulan ölkələrə xammal satmaqdan imtina edəcəyini bildirsə də, belə bir qərar hələ rəsmi olaraq qeydə alınmayıb.

Bu arada, Primorskda göndərilən Rusiya üçün əsas ixrac növü olan Urals neftinin qiyməti həftənin ortalarında bir barel üçün 43,72 dollara düşüb. “Argus” qiymət agentliyinin məlumatına görə, bu vəziyyət regionda neft almaq istəyənlərin olmaması ilə əlaqədardır, ona görə də tədarükçülər maksimum endirimlər etməli olurlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə