Twitter-in yeni araşdırması iddia edib ki, Twitter əməkdaşlarından ibarət komandalar qara siyahılar yaradır, populyar olmayan tvitlərin trend olmasını əngəlləyir və bütün hesabların və hətta trend olan mövzuların görünməsini fəal şəkildə məhdudlaşdırır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, jurnalist Bari Weiss, yüksək səviyyəli Twitter rəsmilərinin şirkətin "siyasi baxışlara və ya ideologiyaya əsaslanan xəyal kölgəsi qadağaları" olmadığına dair zəmanət vermələrinə baxmayaraq, gizli filtrdən istifadə etdiyini iddia etdi.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə