“Ukrayna heç vaxt sülh sazişinə razı olmayacaq" - Dmitri Kuleba

“Ukrayna ərazilərinin bəzilərini hərbi, digərlərini isə diplomatik yolla alacaq”. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

“Ukrayna heç vaxt Rusiya ilə sülh sazişinə razı olmayacaq. O, ərazilərinin bəzilərini hərbi, digərlərini isə diplomatik yolla alacaq”,-deyə nazir bildirib.

Kuleba vurğulayıb ki, Kiyev təkcə fevral işğalından sonra itirdiyi torpaqları deyil, həm də Krım yarımadasını və onun hissələrini geri alır.

Bütün xəbərlər Facebook səhifəmizdə