18 yaşlı tələbə bələdiyyə sədri seçildi

ABŞ-nin Arkanzas ştatının Erl şəhərində ikinci tura keçən bələdiyyə sədri seçkilərinin nəticələri açıqlanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, universitet tələbəsi 18 yaşlı Ceylen Smit 235 səslə şəhərin yeni bələdiyyə sədri seçilib.

ABŞ-nin ən gənc bələdiyyə başçılarından biri seçilən Smit həm də Afrika-Amerika Bələdiyyə Başçıları Assosiasiyasının ən gənc üzvü olub.

Bütün xəbərlər Facebook səhifəmizdə