100 milyon ildən çox əvvəl yaşamış heyvanın skeletini aşkar ediblər - FOTO

100 milyon ildən çox əvvəl yaşamış heyvanın skeletini aşkar ediblər - FOTO

Avstraliyalı paleontoloqlar qitənin şimal-şərqində elasmozavr adlı qədim canlının qalıqlarını tapıblar. SİA xarici mətbuata istinadən xəbər verir ki, alimlər ilk dəfə olaraq 100 milyon ildən çox əvvəl yaşamış heyvanın bütöv, tam skeletini aşkar ediblər.

Məlumata görə, sümüklər Keynsdən 800 km cənub-qərbdə yerləşən MakKinli bölgəsində qazıntılar zamanı həvəskar arxeoloqlar tərəfindən tapılıb.

Bildirlir ki, skelet nəsli kəsilmiş nəhəng dəniz sürünənlərini ətraflı şəkildə öyrənməyə kömək edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə