Aİ ölkələrinin daxili işlər nazirləri 2022-ci il Ədliyyə və Daxili İşlər Şurasının sonuncu iclasında və Çexiyanın dövri sədrliyində iştirak etmək üçün Brüsseldə bir araya gəliblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, iclasın girişində mətbuata açıqlama verən Aİ Komissiyasının sədr müavini Marqaritis Şinas nazirlərin Bolqarıstan, Rumıniya və Xorvatiyanın Şengenə qoşulmasını müzakirə edəcəklərini bildirib.
Komissiyanın hər üç ölkənin texniki cəhətdən buna hazır olduğu qənaətinə gəldiyini ifadə edən Şinas, "Qalan bir neçə tərəddüd siyasidir" dedi.
Şinas nazirlərin Xorvatiyaya yaşıl işıq yandıracağına əmin olduğunu bildirib və danışıqların digər iki ölkə üçün müsbət olacağına ümid etdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB