İsrail əsgərləri 3 fələstinlini öldürüb

İsrail əsgərləri 3 fələstinlini öldürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərinə basqın edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində həyata keçirdiyi basqında 3 fələstinli mülki vətəndaşın həyatını itirdiyini açıqlayıb.

İsrail ordusundan verilən açıqlamada basqın zamanı 15 fələstinlinin nəzarətə alındığı bildirilib.

Qeyd edək ki, bu il İsraildə və işğal altındakı İordan çayının qərb sahilində baş verən hücumlarda ən azı 31 nəfər həlak olub.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə