Portuqaliyada fövqəladə vəziyyət elan edildi

Portuqaliyada fövqəladə vəziyyət elan edildi

Portuqaliyanın bəzi bölgələrində, eləcə də paytaxt Lissabonda şiddətli yağış selləri başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Lissabonda küçələr və evlər, avtomobillər su altında qalıb.

Bəzi binalarda, qatar stansiyalarında, teatrda, xəstəxanada və hava limanında daşqınlar baş verib.Təbii fəlakət zamanı 1 nəfərin öldüyü bildirilib.

Cümə gününə qədər davam edəcəyi gözlənilən güclü yağış və küləklə əlaqədar "qırmızı" xəbərdarlıq elan edib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə