ABŞ Senatının komitəsi Linn Treysinin namizədliyini təsdiqləyib

ABŞ Senatın Xarici Əlaqələr Komitəsi Konqresin yuxarı palatasına Linn Treysinin ABŞ-ın Moskvadakı diplomatik missiyasının rəhbəri vəzifəsinə namizədliyini təsdiq etməyi tövsiyə edib. SİA bu barədə Lenta.ru saytına istinadla xəbər verir.

“Namizədlik səsvermə yolu ilə dəstəkləndi”, - deyə komitədəki mənbə bildirib.

Qeyd edək ki, Treysi peşəkar diplomatdır. 2014-2017-ci illərdə ABŞ-ın Moskvadakı səfirliyində ikinci yüksəkvəzifəli şəxs – missiyanın rəhbərinin müavini olub. Daha əvvəl Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri Bürosunda Rusiya məsələlərinə dair böyük müşavir vəzifəsini tutub. Treysinin təyinatı Ukraynada müharibə ilə əlaqədar gərginlik fonunda Amerika-Rusiya münasibətləri üçün həlledici vaxtda baş verir.

Treysi öz karyerası müddətində müxtəlif ölkələrdə, o cümlədən Türkmənistan, Pakistan və Qazaxıstanda ABŞ-ın diplomatik nümayəndəliklərində çalışıb. Sovet İttifaqı ilə bağlı tədqiqatlar üzrə ixtisaslaşıb, hüquq təhsili alıb, rus dilini bilir.

Bütün xəbərlər Facebook səhifəmizdə