Çin prezidenti Səudiyyə Ərəbistanına səfərə gedib

Çin prezidenti Si Cinpin çərşənbə günü Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərinə səfər edib. SİA xəbər verir ki, Çin liderinin səfəri üç gün davam edəcək.

O, Səudiyyə kralı və Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının üzvü olan ölkələrin rəhbərləri ilə görüşəcək, Çin-Ərəb sammitində iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə