Avropa Komissiyası Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketinin tərkibini açıqlayıb. SİA xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen məlumat yayıb.

Sanksiya tətbiq olunan Rusiya vətəndaşlarının siyahısına əlavə olaraq 200-ə yaxın fiziki və hüquqi şəxs daxil edilib.

Onların arasında Rusiya silahlı qüvvələri, eləcə də ayrı-ayrı zabitlər və hərbi sənaye müəssisələri, Dövlət Dumasının və Federasiya Şurasının üzvləri, nazirlər, qubernatorlar var.

Bütün xəbərlər Facebook səhifəmizdə