Moskva mülki infrastruktur və yaşayış obyektlərinə hücum etmir?

Dekabrın 7-də Ukraynanın Donetsk vilayətinin Kuraxovo şəhərinin Rusiya tərəfindən atəşə tutulması nəticəsində 8 nəfər ölüb, 5 nəfər isə yaralanıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə teleqramda Ukrayna prezidentinin aparat rəhbərinin müavini Kirill Timoşenko yazıb.

Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Pavel Kirilenkonun sözlərinə görə isə, yaşayış məntəqəsinin ən çox bazar və avtovağzal sahəsi atəşə tutulub. Onun sözlərinə görə, ölü sayı 6 nəfər ölüb.

Qeyd edək ki, ölü sayının 8 nəfər yox, 6 nəfər olduğunu deyən Ukrayna prezidenti Vladimir Zelenski hadisəni qeyri-insani hadisə kimi, təqdim etməklə yanaşı, onların buna görə cavab verəcəklərini də bildirib.

Yeri gəlmişkən, bildirək ki, kaset sursatlarının yaşayış məntəqəsində istifadəsi beynəlxalq hüquq baxımından müharibə cinayəti kimi qiymətləndirilir.

Moskva isə hələ ki, dekabrın 7-də baş verən hücumu şərh etməyib, lakin ənənəvi olaraq mülki infrastruktura və yaşayış obyektlərinə hücumları yenə də inkar edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə