Putin yeni səfərbərlik dalğası ilə bağlı sualı cavablandırıb

Rusiya prezidenti Vladimir Putin İnsan Haqları Şurasının üzvləri ilə görüşündə əlavə səfərbərlik haqqında söhbəti mənasız hesab etdiyini bildirib.

SİA bu barədə rus saytlarına istinad edir.

Mövcud şəraitdə əlavə səfərbərlik tədbirləri haqqında danışmaq sadəcə məntiqli olmadığını bildirən Rusiya lideri, bu gün buna nə dövlətin, nə də Müdafiə Nazirliyinin ehtiyacı olmadığını bildirib.

Putin bundan əvvəl səfərbər olunmuş 150 min çağırışçının hələ də Müdafiə Nazirliyinin poliqonlarında ehtiyatda olduğunu bildirib. Onun sözlərinə görə, səfərbər edilmiş 300.000 nəfərdən yalnız 77.000-i döyüş bölgələrindədirlər. Putinin sözlərinə görə, səfərbər olunanların qalan hissəsi müdafiə qüvvələrindədirlər.

Bu arada Rusiya rəhbəri Baltik Donanmasının komandiri Viktor Liinaya admiral rütbəsi verib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə