Qərbi Balkan ölkələri arasında rouminq ləğvi olunur

Sənəd Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa İttifaqı (Aİ)-Qərbi Balkan ölkələri sammiti çərçivəsində imzalanıb

Qərbi Balkan ölkələri arasında rouminq tariflərinin ləğvi prosesinə başlanması ilə bağlı saziş imzalanıb. Sənəd Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa İttifaqı - Qərbi Balkan ölkələri sammiti çərçivəsində imzalanıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, sammitdə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen, Albaniyanın baş naziri Edi Rama, Monteneqronun prezidenti Milo Cukanoviç, Kosovonın prezidenti Vyosa Osmani, Serbiya prezidenti Aleksandar Vuçiç, Bosniya Herseqovina Rəyasət Heyətinin sədri Zeljka Cviyanoviç və Şimali Makedoniyanın baş naziri Dimitar Kovaçevski iştirak ediblər.

Tədbir çərçivəsində Rusiya-Ukrayna gərginliyi, xarici müdaxilələrə qarşı regionda təhlükəsizliyin gücləndirilməsi, miqrasiyadan irəli gələn problemlərin həlli, terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi məsələlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə