Tatarlar “Stalin ailəsi muzeyi” açmağı planlaşdırırlar

…Muzeyi Stalinin oğlu Vasili Stalinin yaşadığı Qaqarin küçəsində açmaq istəyirlər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası Kommunist Partiyası Respublika Komitəsinin birinci katibi, Tatarıstan Dövlət Şurasının deputatı Xafiz Mirqalimov məlumat verib.

Qeyd edək ki, muzey üçün kommunistlər İosif Stalinin oğlu Vasilinin yaşadığı Qaqarin küçəsində mənzil almaq istəyirlər.

Mirqəlimovon sözlərinə görə, onlar muzeyi məhz Vasili İosifoviç Stalinin yaşadığı Qaqarin küçəsində almaq istəyirlər.

Qeyd edək ki, o, başqırdların qnlardan “qabağa düşdüklərini”, yəni Başqırdıstanda Stalin muzeyinin açıldığını bildirib.

Mirqalimov onu da əlavə edib ki, hazırda kommunistlər Zelenodolskda Stalinin abidəsinin qoyulması axtarışlarını da davam etdirirlər.

Xatırladaq ki, Naberejnıye Çelnıda artıq İosif Stalinin abidəsi qoyulub.

Yeri gəlmişkən, hələ 2016-cı ildə tatar fəalları, o cümlədən Rusiya Kommunistləri partiyasının nümayəndələri Kazandakı Qələbə parkında Stalinin büstünün qoyulması təşəbbüsü ilə çıxış etmişdilər.

Lakin Tatarıstan Respublikasının Mədəniyyət Nazirliyi “Tatarıstanda Stalinin şəxsiyyətinə birmənalı qiymət verilmədiyinə görə” təşəbbüsü rədd etmişdi.

Bundan sonra, elə həmin 2016-cı ildə Naberejnıye Çelnıda “Rusiya kommunistləri” şəhərin küçələrindən birinə Stalinin adının verilməsini və onun büstünün qoyulmasını tələb etmişdilər.

Onu da qeyd edək ki, 2020-ci ildə Kirov vilayətindəki Yaranskın başçısı Stalinin abidəsinin ucaldılmasına icazə verməkdən imtina edib.

Və hətta imtinadan əlavə elə həmin il ilk dəfə olaraq Kirovda Stalinizm və Nasizm Qurbanlarının Avropa Anım Günü qeyd olunub.

2020-ci ilin iyun ayında Nijni Novqorod vilayətinin Bor şəhərində İosif Stalinin abidəsinin rəsmi açılışı olub. Abidə sahibkar və Kommunist Partiyasının yerli şöbəsinin rəhbəri Aleksey Zorovun şəxsi torpağında ucaldılıb.

2019-cu ilin may ayında Novosibirskdə Rusiya Federasiyası Kommunist Partiyasının regional şöbəsinin həyətində Stalinin abidəsi qoyulub.

Yeri gəlmişkən Surqutda stalinçilər artıq üçüncü ildir ki, Stalinin büstünü qoymağa çalışırlar, lakin repressiyaya məruz qalanların qohumları və xüsusi köçkünlərin ailələri onun qoyulmasına qarşı çıxırlar(?).

Qeyd edək ki, bu gün ümumilikdə Rusiyada Stalinin yüzdən çox abidə və büstü qoyulub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə