Xorvatiyada Miq-21 qırıcısı qəzaya uğrayıb

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Xorvatiyada təlim uçuşu həyata keçirən Miq-21 tipli qırıcı təyyarə qəzaya uğrayıb.

Xorvatiyanın şimalında Viroviticko-Podravska bölgəsi yaxınlığında təlim uçuşu həyata keçirən Miq-21 tipli qırıcı təyyarənin meşəlik əraziyə çırpıldığı bildirilib. Xorvatiya Müdafiə Nazirliyindən verilən açıqlamada təyyarədə iki pilotun olduğu, pilotlardan biri ilə əlaqə saxlandığı, ikinci pilot üçün axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilir. Açıqlamada sağlamlıq və təhlükəsizlik qruplarının da bölgədə olduğu bildirilib. Qəzanın səbəbi, hələlik, məlum deyil.

Müəllif: Sədaqət Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə