Polşanın müdafiə naziri Mariuş Blaşçak ABŞ rəsmilərinin ölkə ordusuna əlavə olunacaq 116 Abrams tankına icazə verdiyini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Blaşçak Almaniyanın təklif etdiyi “Patriot” raket əleyhinə sistemlərin də Polşada yerləşdiriləcəyini açıqlayıb. Blaşçak "Twitter" hesabından verdiyi açıqlamada Polşa Silahlı Qüvvələrinin zirehli potensialının artırılması istiqamətində bir addımın daha geridə qaldığını bildirib. Güclü ordunun vacibliyini vurğulayan Blaszczak, "ABŞ səlahiyyətliləri 116 Abrams tankının satışını təsdiqlədi. Qiymət danışıqlarını davam etdiririk. İlk tədarüklər 2023-cü ildə mümkündür" dedi.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə