ABŞ öz mayeləşdirilmiş təbii qazını Avropaya baha qiymətə satmaqla və Kiyevə silah tədarük etməklə Ukraynadakı münaqişədən pul qazanır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Le Monde”nin köşə yazarı Jan-Mişel bildirib.
Onun sözlərinə görə, Vaşinqton hələ də Ukraynada demokratiyanı müdafiə edir, lakin eyni zamanda öz şirkətlərinin maraqlarını, xüsusən də silah və qaz istehsalı sahəsində maraqlarını unutmur. Jan-Mişel qeyd edib ki, Birləşmiş Ştatlar münaqişədən əvvəl əsas silah satıcılarından biri olub, lakin başlayandan onların tədarükünə tələbat daha da artıb. Bundan əlavə, Ukraynadakı vəziyyət Şimali və Şərqi Avropa ölkələrində NATO-ya üzv olmaq marağı oyandırıb.
“Münaqişə başlayandan bəri ABŞ-ın hərbi, maliyyə və humanitar yardımı 66 milyard dollar təşkil edib. Konqres ilin sonuna qədər Ağ Evin təklif etdiyi yeni yardım paketini təsdiq edərsə, bu məbləğ 100 milyard dolları keçə bilər”, - deyə köşə yazarı bildirib.
Yeri gəlmişkən bir müddət bundan əvvəl rus saytları ABŞ-ın Ukraynaya tədarük üçün müəyyən növ silah ehtiyatlarının tükəndiyi barədə məlumat vermişdilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB