Qərb ölkələri aviaşirkətlərin yükünü azaltmaq üçün Rusiya hava məkanından uçuşların bərpasına hazırlaşmalıdır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu çağırışı Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının baş direktoru Uilyam Uolş edib.
Biz Rusiyanın hava məkanını açmaq barədə düşünməliyik deyə baş direktor bildirib.
Qeyd edək ki, Uolş, bu yaxınlarda anti-koronavirus məhdudiyyətlərinə görə uçuşları məhdudlaşdıran Çinin 2023-cü ildə bir sıra qadağaları aradan qaldıra biləcəyini düşünür. Baş direktora görə, belə olan halda Çin aviadaşıyıcıları ingilislərə qarşı, daha doğrusu, Rusiya hava məkanından yan keçdiyinə görə ləngimələrlə işləmək məcburiyyətində qalan “British Airways”dən əvvəl daha yaxşı vəziyyətdə olacaqlar.
Uolş onu da əlavə edib ki, Rusiya və Ukrayna ərazisindən uçuşlara qadağa qoyulması səbəbindən Avropa səmasında təyyarələrin sayı kəskin şəkildə artıb. Buna baxmayaraq, baş direktor Rusiya hava məkanında uçuşların bərpasının yalnız Ukraynadakı vəziyyətin nizamlanandan sonra mümkün olacağını düşünür.
Yeri gəlmişkən hələ oktyabrın əvvəlində Honq-Konq aviaşirkəti olan “Cathay Pacific” Rusiya hava məkanından istifadə edərək marşrutları bərpa edəcəyini bildirilmişdi. Beləliklə, ehtimal ki, aviadaşıyıcı Nyu-Yorkdan Honq Konqa qütb marşrutu adlanan marşrut üzrə uçmağa başlayacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB