Roma papası elə demək istəmirmiş...

Roma papası elə demək istəmirmiş...

Gərək ki, yadınızda olar, bir müddət bundan əvvəl Roma Papası Fransisk buryat və çeçenlərin vəhşiliyi ilə bağlı dediklərini ötən gün inkar edib. Deyib ki, guya onun dedikləri yanlış şərh edilib, yəni dediklərinin “nitq fiquru” olduğunu bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Dünya Köhnə Möminlər Birliyinin sədri Leonid Sevastyanov ötən gün papadan aldığı məktuba istinadən bildirib.

Beləliklə, Sevastyanova görə, papa onun sözlərinin təhrif edildiyini deyib və o, rus mədəniyyətini müdafiə edərək, bunun Avropa mədəniyyətinin tərkib hissəsi olduğunu bildirib.

“O, buryat və çeçenlər haqqında danışarkən, sadəcə olaraq demək istəyib ki, hətta ukraynalılar da rusları qəddarlıqda ittiham etmirlər”. (nə gözəl...)

Bunu da Sevastyanov bildirib, amma görən, o, nə demək istədiyini özü anlayıbmı?

Bundan əlavə, papa, yenə də guya Rusiyanın Avropanın “ayrılmaz hissəsi” olduğunu, Rusiyasız dünyanın “natamam” olacağını, rusların sülhsevər humanist mədəniyyətə sahib olduqlarını, daha nələri, nələri deyərək dediklərinin “altından çıxmağa çalışıb”.

Deyim ki, əslində bizlərdə buna “malalamaq” deyirlər.

Siz də deyirsiniz ki, “din aramları” guya yalan danışan olmurlar?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə