PKK-nın sığınacaq yerləri və təlim düşərgəsi məhv edilib

PKK-nın sığınacaq yerləri və təlim düşərgəsi məhv edilib

Türkiyənin Tuncelidə həyata keçirilən “Eren Abluka Payız-Qış-13” antiterror əməliyyatında separatçı terror təşkilatı PKK-nın bunkerləri və təlim düşərgəsi məhv edilib.

SİA xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Tunceli Vlayət Jandarma Komandanlığı tərəfindən Tunceli Mərkəz-Bali dərəsi ilə Ovacık Aslıca çölündə iki ayrı əməliyyat keçirilib.

Ovacık çölündə kəşfiyyata əsaslanan əməliyyatda 14 sığınacaq müəyyən edilərkən, terror təşkilatı PKK-nın böyük şəhərlərdə partlayışlar törətmək üçün kadr hazırladığı EYP (əl istehsalı partlayıcılar) adlı təlim düşərgəsi mərkəzdə məhv edilib.

Düşərgə və sığınacaqlarda aparılan axtarışlar zamanı çoxlu sayda hazırlanmış PUA mexanizmləri, PUA materialları və yaşayış materialları ələ keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə