Rumıniyanın xarici işlər naziri Boqdan Auresku Türkiyənin taxıl dəhlizi razılaşması ilə bağlı göstərdiyi səyləri yüksək qiymətləndirdiklərini bildirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Boqdan Auresku xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi görüşdən sonra keçirilən birgə mətbuat konfransında çıxış edib.
Mövlud Çavuşoğlu ilə görüşdə Türkiyə ilə Rumıniya arasında ikitərəfli əməkdaşlıq, mühüm məsələlər və hər iki ölkənin üzləşdiyi məsələləri müzakirə etdiklərini deyən Auresku Ankara ilə Buxarest arasında əməkdaşlığı gücləndirmək üçün atılacaq addımları da müzakirə etdiklərini bildirib.
Ankara ilə Buxarest arasında yüksək səviyyəli strateji tərəfdaşlıq mövzusunda da razılaşdıqlarını və bu yüksək səviyyəli strateji ortaqlığı gələn ilin ilk yarısında imzalamağa ümid etdiklərini ifadə edən Auresku Türkiyənin Rumıniya üçün ikinci ən mühüm ticarət tərəfdaşı olduğunu bildirib. İki ölkə arasındakı ticarət həcminin keçən il 8,6 milyard dollar olduğunu bildirən Auresku bu il bu rəqəmi 10 milyard dollara çatdırmağı hədəflədiklərini qeyd edib.
Mövlud Çavuşoğlu ilə keçirdikləri görüşdə Qara dəniz regionunda enerji və təhlükəsizlik məsələlərini də müzakirə etdiklərini bildirən Auresku Türkiye-Rumıniya-Polşa üçtərəfli mexanizminin də görüşdə gündəmə gələn məsələlər arasında olduğunu qeyd edib.
Auresku Türkiyə və Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə əldə edilən taxıl dəhlizi sazişinin əhəmiyyətini vurğulayaraq deyib:
"Bu, Türkiyənin göstərdiyi səyləri sayəsindədir. Biz bunu yüksək qiymətləndiririk".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB