Polşa Ukraynaya Sovet zenit-raket kompleksləri verib

Polşa Ukraynaya Sovet zenit-raket kompleksləri verib

Varşava Kiyevə sovet istehsalı olan qısa mənzilli S-125 “Neva” zenit-raket kompleksləri verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Polşa hökumətinin nümayəndəsi, ölkənin Nazirlər Kabinetinin kansler departamentinin keçmiş rəhbəri Mişal Dvorçik bildirib.

Qeyd edək ki, polşalı səlahiyyətli bu barədə sosial şəbəkələrdə də paylaşım edib.

Qeyd edək ki, bir müddət bundan əvvəl Polşanın baş naziri Mateuş Moravetski Varşavanın özünün “Patriot” hava hücumundan müdafiə sistemlərini Kiyevə vermək niyyətində olmadığını bildirmişdi.

Eyni zamanda, noyabrın sonunda ölkənin müdafiə naziri Mariuş Blaşçak Almaniyadan Varşavaya vəd edilmiş “Patriot” komplekslərinin Ukraynaya verilməsini xahiş edib. O, belə bir addımın Polşanın şərq sərhədində təhlükəsizliyi artıracağına əminliyini ifadə edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə