"Ölkəm terrorçuların bazasına çevrilməməlidir"

"Ölkəm terrorçuların bazasına çevrilməməlidir"

İsveçin Baş naziri Ulf Kristersson bəyan edib ki, ölkəsi terrorçuların bazasına çevrilməməlidir. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

İsveçdə Türkiyə əleyhdarı olması ilə tanınan keçmiş Sosial Demokrat millət vəkili Nalin Pekgülün NATO razılaşması çərçivəsində Türkiyeyə terrorçuların təhvil verilməməsilə bağlı ünvanladığı məktubu cavablandıran Kristersson deyib:

“İsveç terrorçuların bazasına çevrilməməlidir. Terrora, terrorun maliyyələşdirilməsində və ya hər hansı digər cinayətdə əli olmayanların qorxacağı bir şey yoxdur. Bununla belə, İsveçdən başqa ölkələrə qarşı yönəlsə də, yönəlməsə də, İsveçin terror bazasına çevrilməsinə icazə verməyəcəyik. Bizimki kimi Türkiyənin də terrora qarşı özünü qoruma haqqı var. Mən bu mövzuda hər zaman açıq danışmışam".

İsveçin Türkiye və Finlandiya ilə bağladığı NATO razılaşmasının arxasında olduqlarını bildirən Kristersson bu mövzuda digər partiyaların da onlara dəstək verdiyini bildirib.

Xatırladaq ki, Türkiyə iyunun 28-də İspaniyanın paytaxtı Madriddə keçirilən NATO sammitində üzvlük üçün müraciət edən Finlandiya və İsveçə veto qoyur. Terror təşkilatlarına açıq dəstək verən iki ölkə ilə protokol imzalayan rəsmi Ankara verilən vədlərin yerinə yetirilməsini gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə