İranda xarici dövlətlərə işləməkdə şübhəli bilinən12 nəfər saxlanıldı
Türkiyənin TRT telekanalı xəbər verir ki bu barədə yerli “Tasnim” agentliyi İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən məlumat yayıb.
SİA-nın Türkiyə saytlarından əldə etdiyi məlumata görə, şəbəkə üzvləri İranın mərkəzi vilayətində saxlanılıb. Onlar Almaniya və Hollandiyada ayrı-ayrı şəxslərin dəstəyi ilə təxribat fəaliyyəti həyata keçirməkdə şübhəli bilinirlər.
Qeyd olunub ki, 12 nəfərdən ibarət şəbəkə üzvləri silahların hazırlanması ilə məşğul olub. Onlar təxribat törətmək niyyətində olublar, lakin planlarını həyata keçirməmiş saxlanılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB