Volodimir Zelenski Donbasa səfər edib

Volodimir Zelenski Donbasa səfər edib

Ukrayna Prezidenti Volodimir Zelenski hazırda döyüşlərin getdiyi Donbasa səfər edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı “RBK-Ukraina” yayıb.

Məlumata görə, Zelenski cəbhə xəttinin yaxınlığında yerləşən Slavyansk şəhərinin girişindən videomüraciət yayımlayıb.

“Mən ənənəvi olaraq bu günü ön cəbhədə döyüşçülərimizlə qarşılayıram. Bu gün biz Donbasdayıq”, - deyə Ukrayna lideri qeyd edib.

Xatırladaq ki, bu gün Ukraynada Silahlı Qüvvələr Günüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə