ABŞ Ukraynaya niyə dəstək verir?

Bu arada Amerikanın Ukraynaya göstərdiyi dəstəkdən danışan ABŞ dövlət katibi Entoni Blinken, Vaşinqtonun Kiyevə xüsusi əməliyyat başlayandan bəri rus qoşunlarının işğal etdiyi ərazilərin qaytarılmasına kömək etməyə yönəldiyini deyib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ABŞ rəsmisi, ölkəsinin əsas məqsədinin Ukraynanın 24 fevraldan bəri işğal olunmuş ərazilərini müdafiə etmək və geri qaytarmaqda onlara lazım olan köməyi təmin etməkdən ibarət olduğunu deyib.

Qeyd edək ki, dövlət katibi, bu gün Ukraynaya hərbi dəstəkdən əlavə, iqtisadi və humanitar yardımın da lazım olduğunu bildirib.

Maraqlıdır ki, bir müddət bundan əvvəl Blinkenə ünvanlanan “ukraynalıların Krımı qaytara biləcəklərimi?” sualına o, “hara getmək istədiklərinə ukraynalılar özləri qərar verəcəklər” cavabını verib.

ABŞ-ın Ukrayna münaqişəsinə müdaxiləsi və Vaşinqtonun bundan maksimum yararlanmaq istəyi bu ölkənin hegemonluğuna qalib gəlməyin zəruriliyini göstərdi.

Qeyd edək ki, bu fikir Çinin “Global Times” nəşrində yer alıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə