Kanadanın milli müdafiə nazirliyi hələ vətəndaşı olmayan daimi yaşayan immiqrantları hərbi xidmətə cəlb etmək qərarına gəlib.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Kanada Silahlı Qüvvələrində cinsi qısnama halları ilə başlayan və COVID-19 epidemiyası səbəbiylə alınan peyvənd qərarları səbəbindən kadr çatışmazlığı pik həddinə çatıb. Nazirlik elan edib ki, daimi yaşayan immiqrantlar artıq xarici hərbçi tərəfindən təlim keçməsindən asılı olmayaraq Kanada Silahlı Qüvvələrinə qoşulmaq üçün müraciət edə bilərlər.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə