Yaponiyadan 5 illik müdafiə müqaviləsi

Yaponiya 2023-27-ci illəri əhatə edəcək müdafiə büdcəsini 50 faizdən çox artıraraq 43 trilyon yenaya (318 milyard dollar) çatdırmağı planlaşdırır.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hökumət ilin sonuna kimi “Milli Təhlükəsizlik Strategiyası, Milli Müdafiənin Əsasları və Orta Müddətli Müdafiə Proqramı” kimi 3 milli doktrinanı yeniləməyi hədəfləyir.

Yaponiyanın baş naziri Kişida Fumio 5 illik müdafiə büdcəsini müzakirə etmək üçün müdafiə naziri Hamada Yasukazu və maliyyə naziri Suzuki Şuniçi qəbul edib.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə