Dünyada hər 5 nəfərdən 1-i zorakılığa məruz qalır

BMT-nin Beynəlxalq Əmək Təşkilatının (BƏT) dünyada apardığı təhlillərə əsasən, işləyən hər beş nəfərdən biri çalışdığı yerdə fiziki, psixoloji və ya cinsi zorakılıq və təcavüzə məruz qalır. SİA BMT-nin saytına istinadən xəbər verir ki, buna səbəb iqtisadi, sosial və mədəni amillərdən qaynaqlanan problemlərdir.

Hesabatda qeyd edilib ki, dünya üzrə qurbanların yalnız yarısı öz yaşadıqlarını başqa bir şəxsə açıqlayıb.

Qlobal miqyasda işləyən kişi və qadınların 17,9 faizi iş həyatının hansısa məqamında psixoloji zorakılıq və təzyiqə məruz qaldıqlarını, 8,5 faizi isə fiziki zorakılıq və təzyiqlə üzləşdiklərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə