Rumıniya daha Rusiyadan qaz almayacaq

Rumıniyanın energetika naziri Virdjil Popesku, Rumıniyanın neft emalı zavodlarının Rusiya neftinin istifadəsindən tamamilə imtina etdiklərini bildirib. O, neftin tədarükünə qoyulan embarqonun respublikaya zərər verməyəcəyini də əlavə edib.

SİA bu barədə rus saytlarına istinad edir.

Qeyd edək ki, Buxarest Rusiyadan neftə Avropa embarqosunun qüvvəyə minməsi tarixini gözləməyib. Belə ki, ötən həftə ölkədəki bütün emal zavodları yalnız alternativ təchizatçılardan alınan qara qızılı alıb.

Popeskunun fikrincə, bu, ölkənin Rusiyanın enerji resursundan müstəqillik qazanmasından xəbər verir.

Nazir bildirib ki, Rumıniya qarşıdakı qış dövründə enerji çatışmazlığı ilə üzləşməyəcək. O izah edib ki, anbarlarda 2,8 milyard kubmetr qaz var. Bundan əlavə, neft təchizatı və enerji təchizatında heç bir problem yoxdur.

Popesku, Buxarestin Avropa İttifaqına tədarük olunan bütün qaz üçün qiymət tavanının yaradılmasını dəstəkləməkdə davam etdiyini də bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə