ABŞ niyə Ukraynaya uzunmənzilli raketlər vermir?

Deyirsiz yəni ucuz ətin şorbası olmur?

Beləliklə, ABŞ-ın Ukraynaya təhvil verdiyi “Himars” reaktiv yaylım atəş sistemlərini verməmişdən əvvəl gizli şəkildə modifikasiya edir ki, bu silahlardan Rusiyanın içərilərinə, deyək ki, Moskvaya qarşı istifadə oluna bilməsin.

Ruslara olar, amma ukraynalılara bunu etməyə imkan vermirlər.

Maraqlıdır, onda niyə bəs Kreml Moskvada “bombaubeji”lərin syını hər gün artırır?

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu yolla, yəni Ukraynaya uzunmənzilli raketlər verməməklə ABŞ prezidenti Cozef Baydenin administrasiyası Rusiya Federasiyası ilə müharibənin eskalasiyası risklərini azaltmaq istəyir.

ABŞ ehtiyat edir ki, Ukrayna Vaşinqtonun verdiyi silahlarla Rusiya ərazisinə zərbə endirməmək vədini yerinə yetirməyi dayandıra bilər.

Bu arada Pentaqonun sözçüsü briqada generalı Patrik Rayder, əməliyyat təhlükəsizliyi baxımından ABŞ-ın müttəfiqlərə və tərəfdaşlara təqdim edilən sistemlərin konfiqurasiyasına dair açıq şəkildə şərh vermədiklərini bildirib.

Amma bununla yanaşı o, Birləşmiş Ştatların Ukraynanı Rusiyanın təcavüzünə qarşı lazım olan imkanlarla təmin etməyə sadiq qaldığını da xatırlatmağı unutmayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə