Putin “Mercedes”lə Krım körpüsündən keçib

Rusiya prezidenti Vladimir Putin partlayışın baş verdiyi Krım körpüsünə şəxsən baxış keçirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, dövlət başçısı “Mercedes”lə körpüdən keçərək baş nazirin müavini Marat Xusnullinin hesabatını dinləyib.

Baş nazirin müavini bərpa işlərinin gedişi barədə prezidentə məlumat verib. Onun sözlərinə görə, körpünün sağ tərəfi “işlək vəziyyətdədir”. Artıq hərəkətə başlayıb. Dövlət başçısının mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Putin Krım körpüsünə səfəri zamanı Krıma quru yolun əhəmiyyətinə də diqqət çəkib.

Qeyd edək ki, mətbuat katibi Dmitri Peskov Putinin körpünü “Mercedes”lə keçməsinə xüsusi diqqət çəkib. Yəni o, bununla Putinin ukraynalılardan qorxmadığına işarə edib.

Xatırladaq ki, Krım körpüsündə partlayış oktyabrın 9-da səhər saatlarında baş vermişdi. Belə ki, onun üzərində yük maşını partlamışdı. Hadisə nəticəsində körpünün avtomobil hissəsinin iki aşırımı uçmuçdu.

Dekabrın 5-də Krım körpüsünün avtomobil hissəsində hərəkətin artıq tam bərpa olunduğu məlum olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə