“Radikallar Saakaşvilinin səhhəti ilə oynayırlar”

...bu, əxlaqsız və qeyri-etikdir

Radikal müxalifətçilər Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin səhhəti mövzusundan öz siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar ki, bu həm mənəvi, həm də etik baxımdan qəbuledilməzdir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, belə bir fikri ölkənin ədliyyə naziri Rati Breqadze deyib.

O xatırladıb ki, dövlət məhkum edilmiş siyasətçinin sağlamlığını qorumaq üçün əlindən gələni edir - ona tam tibbi yardım göstərilir.

Ədliyyə Nazirliyinin rəhbəri Saakaşvilinin vəkilinin onun səhhəti ilə bağlı rəyin məxfi olması barədə bəyanatını xatırladıb, əslində isə bir sıra siyasətçilər bunu müzakirə edir və öz qiymətlərini verirlər.

“Mənim fikrimcə, bu insanların bu konkret şəxsin sağlamlıq vəziyyətindən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışması yersiz, eyni zamanda tamamilə mənəvi və etik deyil”.

Qeyd edək ki, bunu da Breqadzedən yerli saytlar sitat gətirirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə