Ankara ilə Astana arasında birbaşa aviareyslər başlayıb

Birinci mərhələdə uçuşlar Ankara-Astana-Ankara reysləri ilə həftədə iki dəfə həyata keçiriləcək
Ankara ilə Astana arasında birbaşa aviareyslər başlayıb

Türkiyə Hava Yolları (THY) Ankara ilə Astana arasında birbaşa aviareyslər həyata keçirməyə başladı.

İlk uçuşu THY-nin törəmə şirkəti olan “Anadolu Jet” aviaşirkətinin təyyarəsi Ankaranın Esenboğa Hava Limanından həyata keçirib.

SİA-nın əldə etdiyi məlumata görə, dekabrın 5-də 140 sərnişin daşıyan layner Astananın Nursultan Nazarbayev Hava Limanına enib.

Birinci mərhələdə uçuşlar Ankara-Astana-Ankara reysləri ilə həftədə iki dəfə həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə