İranın bir çox şəhərində reyslər təxirə salınıb

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Tehran Təhsil Baş İdarəsi soyuq və şaxta səbəbindən Rudehen və Dəmavənd əyalətlərində məktəblərin fəaliyyətinin dayandırıldığını açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, paytaxt Tehrandakı Mehrabad hava limanı isə bəzi reysləri gedəcəkləri ünvanlarda qeyri-sabit hava şəraitinə görə təxirə salıb.

Məşhəd və Rəzəvi Xorasan əyalətinin bəzi şəhərləri və Ərdəbil vilayətinin bəzi rayonlarında ibtidai məktəblər tətil edilib.

Rezevi Xorasan Qızıl Aypara Cəmiyyətinin yaydığı məlumata görə Məşhəddə qar fırtınası səbəbindən təxminən 1000 avtomobil yolda qalıb.

Səlahiyyətlilər ölkənin şimal bölgələrinə səfər edəcək sürücülərə zərurət olmadıqca yola çıxmamaq barədə xəbərdarlıq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə