ABŞ-da fövqəladə vəziyyət elan edilib

ABŞ-da fövqəladə vəziyyət elan edilib

ABŞ-ın Şimali Karolina ştatında elektrik şəbəkəsinə edilən hücumdan sonra bölgədə fövqəladə vəziyyət elan edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ-ın Şimali Karolina ştatının Mur qraflığında silahlı şəxs elektrik şəbəkəsinə hücum edib.

Hücumdan sonra 40 min ev və iş yeri işıqsız qalıb, bölgədə fövqəladə vəziyyət elan edilib.

Mur dairəsinin şerifi Ronni Fields şənbə gecəsi baş verən hücumun səbəbinin hələ bilinmədiyini, bölgədə elektrik kəsilməsi səbəbindən məktəblərin bu gün bağlanacağını bildirib.

Rəsmilər elektrik şəbəkəsinin təmirinin cümə axşamına qədər davam edə biləcəyini söyləyib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə