"Satqın sənətkar"lara rus telekanallarında yer yoxdur!

Yeni ildə rus kanallarında yalnız “vətənpərvər” sənətkarlar çıxış edəcəklər
"Satqın sənətkar"lara rus telekanallarında yer yoxdur!

Rusiya Prezident Administrasiyası dövlət və televiziya şirkətlərinə, region rəhbərlərinə və mədəniyyət müəssisələrinə yeni il tədbirlərinin keçirilməsi ilə bağlı tövsiyələrlə bağlı məktub göndərib.

Məktubda, konsert proqramları formalaşdırarkən onların təşkilatçıları “vətənpərvərlik təmayüllü” sənətkarları dəstəkləmələri tövsiyə olunub

Bunlara, xüsusən də Qriqori Leps, Nikolay Rastorquev, Larisa Dolina, Polina Qaqarina, Aleksandr Marşal, Qarik Sukaçev, Aleksandr F. Sklyar, Valim Samoilov, Svetlana Surqanova, Yuliya Çiçerina, Şaman, City 312 qrupu, Uma2rmaH və “Earthlings” və s. daxildir.

Qeyd edək ki, administrasiyasının tövsiyə etdiyi siyahıda Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazilərindən olan sənətçilər də var. Məsələn, Mariupoldan olan keçmiş “hərbi komissar” Akim Apaçov, Donetsk vilayətindən olan müğənnilər Nataliya Kaçura və Marqarita Lisovina.

Maraqlıdır ki, hakimiyyətə göndərilən məktubda onlar “yeni ifaçılar” kimi təqdim olunub. Bundan əlavə, prezident administrasiyası “bahalı əyləncələrdən” imtina etmək və Yeni il şənlikləri zamanı xərcləmələrdə “təmkinlilik” nümayiş etdirməyi məsləhət bilib. Yəni, bununla administrasiya artıq əvvəlki illərdən fərqli olaraq israfçılıq etməyin demək istəyib, çünki indi “gəlirin ucu artıq suda deyil!”

Bununla belə, Rusiya şəhərlərinin mərkəzi meydanlarında “xüsusi hərbi əməliyyat” adlanan iştirakçılara Yeni il təbriklərini yazmaq mümkün olacaq televiziya studiyalarının quraşdırılması tövsiyə olunur.

Yeri gəlmişkən, hələ yaydan başlayaraq rus KİV-ləri Ukraynadakı müharibəyə qarşı çıxan sənətçiləri “Rusiyada qadağan olunmuş sənətkarlar” siyahısını dərc etməyə başlamışdı.

Belə ki, onların arasında “DDT”, “Bi-2”, “Aquarium” və “Pornofilmi” qrupları, reperlər Face və Oksimiron, ifaçılar Zemfira, Monetoçka və Vasya Oblomov, ümumiyyətlə əllidən artıq ad var. Qeyd edək ki, siyahıya adı düşən musiqiçilərin demək olar ki, hamısının Rusiyadakı konsertləri ləğv edilib.

Qeyd edək ki, Rusiyada konsert verməyə icazəsi olanlar da səhnədən siyasi bəyanatlar verməməli, Ukraynanın dövlət rəmzlərindən istifadə etməməlidirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə