Cənubi Koreyanın Birləşmə Nazirliyi insan hüquqlarının yaxşılaşdırılması məqsədi ilə Şimali Koreyada insan haqlarının vəziyyəti ilə bağlı idarələrarası hökumət iclası keçirməyi planlaşdırdığını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Cənubi Koreyanın Birləşmə Nazirliyi cümə günü Şimali Koreyada insan haqlarının vəziyyəti ilə bağlı iclas keçirəcək, iclasa nazir müavini Kim Ki-Voonq sədrlik edəcək. Xarici İşlər və Ədliyyə nazirliklərinin yüksək rütbəli rəsmilərinin iştirak edəcəyi iclasda hökumətin şimalda insan haqlarını dəstəkləmək üçün əsas planı müzakirə olunacaq.
Müəllif: Ziya Hikmət oğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB