"Qərblə Rusiya arasında yeni bir razılaşmaya ehtiyac var"

"Qərblə Rusiya arasında yeni bir razılaşmaya ehtiyac var"

Bu arada Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın “Əl-Cəzirə” telekanalına müsahibəsində Qərb və Rusiyanın yeni sövdələşmə aparmalı olduqlarını bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hazırda dünyanın növbəti Soyuq Müharibəsinə şahidlik etdiyini deyən, Türkiyə səlahiyyətlisi, bunun Ukrayna böhranı ilə başlasa da, lakin fərqli bir şəkildə davam edəcəyini, yəni simmetrik və ya hibrid müharibə formasında müşahidə ediləcəyini bildirib.

Kalının sözlərinə görə, bu qarşıdurmalar yeni müqavilə bağlanana qədər davam edəcək.

Qeyd edək ki, bir müddət bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Qərb ölkələrini Kiyevi Moskva ilə danışıqlar masası arxasına oturmağa inandırmağa çağırmışdı.

Yeri gəlmişkən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ və Böyük Britaniyanın Rusiya ilə Ukrayna arasında martda əldə edilmiş razılaşmalardan qorxduğunu, buna görə də Kiyevə Moskva ilə danışıqlar prosesini davam etdirməyi qadağan etdiyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə