İngiltərəyə uçan təyyarədə əldədüzəltmə partlayıcı olduğundan şübhələnən təyyarə Çexiya hava limanına yönləndirilib.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, təyyarənin Polşanın Krakov şəhərindən İngiltərənin Bristol şəhərinə uçduğu açıqlanıb. Çexiyadakı Praqa Hava Limanının rəsmi "Twitter" hesabında “Saat 22:50-də yönləndirici təyyarə Praqa hava limanı Krakov-Bristol marşrutu ilə təhlükəsiz şəkildə eniş etdi. Sərnişinlərin və bütün hava hərəkətlərinin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş bütün tədbirlər hazırda Çexiya polisi tərəfindən həyata keçirilir”.
Çexiya polisi onların pirotexniklərinin hadisə yerində olduğunu və araşdırma apardığını təsdiqləyib:“Hazırda pirotexniklərimiz hadisə yerindədir və bildirilən partlayıcı qurğunun olub-olmaması ilə bağlı araşdırma aparırlar"
Məlumata görə, zabitlər təyyarədə axtarış və yoxlama apararkən sərnişinlərə təyyarəni tərk etməyə icazə verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB