Kanadada 100 mindən çox şəxs işıqsız qalıb

Kanadanın Ontario əyalətində güclü külək 100 mindən çox evi işıqsız qoyub. SİA xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.

Xüsusilə, Toronto və onun ətraf rayonlarının sakinləri küləyin yaratdığı fəsadlardan əziyyət çəkirlər.

Milli Meteorologiya Bürosunun məlumatına görə, küləyin sürəti 27 metr/saniyəyə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə