Çinin nəhəng yeni səfirlik tikməsinə icazə verilmədi

Çinin London Qülləsi ilə üzbəüz nəhəng yeni səfirlik tikmək planları Tover Hamlets ərazisinin yerli məclis üzvləri tərəfindən yekdilliklə rədd edilib. Bu barədə SİA “CNN”ə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, bu qərara əsas kimi yerli sakinlərin Pekinin Böyük Britaniyadakı diplomatik fəaliyyətindən qorxması göstərilib.

Sakinlər hesab edirlər ki, Çin səfirliyinin nəhəng olması onların təhlükəsizliyinə təhdid yaradacaq və Londonun şərqinin bu sıx məskunlaşdığı hissəsində nəqliyyatın hərəkətinə mane olacaq.

“Komitə sakinlərin və turistlərin təhlükəsizliyinə, tarixi irsə, polis resurslarına və ərazidə həddən artıq sıxlığa təsirlə bağlı narahatlıqlar səbəbindən ərizəni rədd etmək qərarına gəlib. Artıq son qərar qəbul edilməzdən əvvəl ərizə London merinə təqdim olunacaq” -məlumatda deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə