3 çinli astronavt 183 gün sonra Yerə qayıtdı

Noyabrın 29-da Çin Shenzhou-15 ilə Tiangong Kosmik Stansiyasına missiya dəyişikliyi üçün 3 astronavtı göndərdikdən sonra Shenzhou-14 ekipajı 183 gündən sonra uğurla Yerə qayıdıb. SİA xarici mediaya istinadən xəbər verir ki, Çin İnsanlı Kosmik Agentliyinin (CMSA) məlumatına görə, Shenzhou-14-ün ekipajı kosmik stansiyanı tərk etdikdən təxminən 9 saat sonra yerli vaxtla saat 20:09-da Çinin şimalındakı muxtar bölgə olan Daxili Monqolustanda Dongfeng yatağına enib.

Çinli astronavtlar Çen Donq, Liu Yanq və Cai Xuzzenin səhhətinin yaxşı olduğu bildirilir. Çin Tiangong Kosmik Stansiyasında ilk missiya mübadiləsini uğurla başa çatdırıb. Digər tərəfdən, Shenzhou-14 ekipajı iyunun 5-də Tiangong Kosmik Stansiyasına göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə